Bilbilə başla. Xarı ilə inkişaf et. Öyrən, sına, irəlilə.
Bilbil — məktəblilər və abituriyentlər üçün sınaq tətbiqidir. 6–11-ci siniflər, BSQ, 9 və 11-ci sinif buraxılış və blok imtahanı üzrə 100 minlərlə sual, hər birinin izahı ilə. Səhv etsən, izah dərhal açılır — növbəti dəfə düz tapırsan.







Hansı imtahana hazırlaşırsan?
Hamısı bir tətbiqdə — mövzu sınağından tam imtahan sınağına qədər.

6–11-ci sinif
Hər fənn, hər mövzu üzrə sınaqlar

BSQ
Böyük summativ qiymətləndirmə, I və II yarımil

9-cu sinif buraxılış
Tam sınaqlar və fənn testləri

11-ci sinif buraxılış
Tam sınaqlar və fənn testləri

Blok imtahanı
I–V ixtisas qrupları üzrə sınaqlar
Elə indi bir sual həll et
Bunlar tətbiqdəki suallardır. Şəkil gözünün qarşısında çəkilir, Xarı cavabına reaksiya verir.


Bitdi! Düzgün cavablar: 0 / 10
Bu suallar tətbiqdəki 100 minlərlə sualdan seçilib. Hər birinin izahı var — asandan çətinə.
Az-az, amma hər gün
Minlərlə sınaq, hər birinin izahı və yüksək nəticələr. Gündə istənilən qədər.
Səhv etdin? Elə bu da öyrənməkdir.
Hər sualın qısa izahı var. Səhv cavab verdiyin suallar «Səhvlərim» bölməsinə düşür — sonra onları yenidən həll edirsən, düz tapana qədər.

Şəkillər canlanır
Qrafiklər, sxemlər, cədvəllər — 10 minlərlə şəkilli sual. Sual açılan kimi şəkil xətt-xətt çəkilir: əvvəl oxlar, sonra qrafik, ən sonda yazılar.
Şəkildə çevrə verilmişdir. Onun radiusunu tapın.
Şəkildə yükləri və sürətləri eyni olan üç zərrəciyin izləri göstərilib. Hansı zərrəciyin kütləsi ən böyükdür?
Şəkildə eradan əvvəlki illərin zaman oxunda üç dövlətin mövcudluq dövrü göstərilmişdir. 1 rəqəmi hansı dövləti göstərir?
Şəkildəki DNS iyerarxiyasında "edu.az" domeni hansı səviyyədədir?
Şəkildəki ampermetrin bölgü qiymətini nəzərə alaraq onun göstərişini tapın.
Şəkildə konus verilmişdir. Onun hündürlüyünü tapın.
Seriya, xal və liqa
Gündəlik məqsədini özün seçirsən. Hər gün sınaq yazdıqca seriyan uzanır, düz cavablar xal gətirir, həftəlik liqada dostlarınla yarışırsan.

TezlikləXallarını Endirimlərdə istifadə et: kofe şoplar, kinoteatrlar, dəftərxana ləvazimatları, restoranlar və s.






Həftəlik liqaBütün fənlər, 6-cı sinifdən 11-ci sinfə qədər
100 minlərlə sual — çox asandan çətinə. Hamısı rus dilində də var.
Riyaziyyat
Fizika
Kimya
Biologiya
Coğrafiya
İnformatika
Azərbaycan dili
Ədəbiyyat
İngilis dili
Rus dili
Azərbaycan tarixi
Ümumi tarixXarı ilə profilini bəzə
Papaq, eynək, tac, məzun papağı — Xarının 12 obrazından birini seç və ya öz şəklini qoy. Dostların səni elə görəcək.
Təkcə şagird üçün deyil
Valideyn
Uşağının valideyn kodunu daxil et və nəticələrinə bax: hansı mövzular yaxşı gedir, harada çətinlik var. Uşaq kimin baxdığını görür və girişi istədiyi vaxt bağlaya bilir.
Müəllim
Mövzunu seç, sual vərəqi yarat və sinfə göndər. Kim neçə sualı düz yazdı, hansı sual çətin oldu — dərhal görürsən.
Pulsuz başla
6–11-ci siniflərdə hər fənnin birinci mövzusu tam pulsuzdur. Hamısını açmaq üçün — Premium.
Qiymətlərə baxPulsuz
- Bilbillə tanış ol
- Hər fənnin 1-ci mövzusu
Premium
- Bütün mövzular
- BSQ, buraxılış, blok sınaqları
- Hər sualın izahı
- Seriya, xal və liqa
- Səhvlər üzərində iş
- Ətraflı statistika
Tez-tez verilən suallar
Bilbil nədir?
Məktəblilər və abituriyentlər üçün sınaq tətbiqi: 6–11-ci siniflərin mövzu sınaqları, BSQ, 9 və 11-ci sinif buraxılış imtahanı, blok imtahanı. Hər sualın izahı var, səhv etdiyin suallar ayrıca bölməyə düşür ki, sonra təkrar edəsən.
Pulsuzdurmu?
6–11-ci siniflərdə hər fənnin birinci mövzusu tam pulsuzdur — qeydiyyatdan keçib dərhal həll edə bilərsən. Qalan mövzular, BSQ, buraxılış və blok sınaqları, izahlar, seriya, xal və liqa Premium ilə açılır.
Premium-u necə almaq olar?
Tətbiqin içində App Store və ya Google Play hesabınla, ya da bilbil.az saytında bank kartı ilə. Hansı yolla alsan da, Premium eyni Bilbil hesabına bağlanır və bütün cihazlarında işləyir.
Ailə planı necə işləyir?
Ailə planı 3 şagird üçündür və 12 ay qüvvədədir. Bir şagird alır, qalan ikisini BLB kodu ilə dəvət edir. Hər biri öz hesabından istifadə edir, nəticələri ayrıdır.
Aylıq abunəliyi necə dayandırım?
Tətbiqdə alınıbsa — App Store və ya Google Play-in abunəlik tənzimləmələrindən. Saytda alınıbsa — Bilbil hesabında «Abunəlik» bölməsindən. Dayandırsan, ödənilmiş dövrün sonuna qədər Premium işləməyə davam edir.
Valideyn uşağının nəticələrini görə bilərmi?
Bəli. Uşağın valideyn kodunu paylaşır, valideyn həmin kodla nəticələrə baxır. Uşaq kimin baxdığını görür və girişi istədiyi vaxt bağlaya bilir.
Uşağımın məlumatları necə qorunur?
Yalnız işləmək üçün lazım olan məlumatları saxlayırıq. Reytinqdə və dostlar arasında ad qısa göstərilir (məsələn, «Aysel M.»). Tətbiqdə reklam yoxdur. Ətraflı — Məxfilik siyasətində.
Rus bölməsi var?
Bəli. Bilbil-də hər şey rus dilində də var.
Tətbiq nə vaxt çıxacaq?
Tezliklə — App Store və Google Play-də. Hazır olanda bu saytda xəbər verəcəyik.

Hazırsan? Xarı da hazırdır.
Tətbiq tezliklə App Store və Google Play-də. Bu arada elə burada bir neçə sual həll et.
Bir sual həll et