Məxfilik siyasəti
Son yeniləmə: 10 oktyabr 2026
Bu siyasət Bilbil tətbiqində və bilbil.az saytında şəxsi məlumatlarınızla nə etdiyimizi izah edir. Məlumatların emalına «BİLBİLAZ» Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 1407790211) cavabdehdir. Məlumatları «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikası Qanununa uyğun emal edirik.
Qısaca: yalnız Xidmətin işləməsi üçün lazım olanı toplayırıq; məlumatlarınızı satmırıq; tətbiqdə reklam yoxdur; hesabınızı və məlumatlarınızı istədiyiniz vaxt silə bilərsiniz.
1. Hansı məlumatları toplayırıq
| Məlumat | Nümunə | Nə üçün |
|---|---|---|
| Hesab | ad, soyad, e-poçt və ya telefon, doğum tarixi, sinif, bölmə (Azərbaycan/rus), məktəb (istəyə görə) | hesab yaratmaq, uyğun sualları göstərmək |
| Təhsil fəaliyyəti | cavablar, nəticələr, xal, seriya, liqa yeri, səhvlər | statistika, izahlar, «Səhvlərim», liqalar |
| Sosial | dostlar, BLB kodu, valideyn və müəllim əlaqələri, sual vərəqləri | dostlar, valideyn baxışı, müəllim vərəqləri |
| Ödəniş | plan, ödəniş tarixi, məbləğ, ödənişin statusu (kart nömrəsi bizə gəlmir) | Premium-u aktivləşdirmək, qəbz, mühasibat |
| Texniki | cihaz modeli, əməliyyat sistemi, tətbiq versiyası, IP ünvanı, xəta hesabatları | təhlükəsizlik, xətaları düzəltmək |
| Dəstək | bizə yazdığınız məktublar və «Səhv var?» bildirişləri | suallarınıza cavab vermək, səhvləri düzəltmək |
2. Uşaqlar
Bilbil-dən məktəblilər istifadə edir, ona görə uşaqların məlumatlarına xüsusi diqqət yetiririk:
- Yaşı 18-dən az olan istifadəçilər Xidmətdən valideyn və ya qanuni nümayəndəsinin razılığı ilə istifadə edirlər.
- Reytinqdə və dostlar arasında ad qısa göstərilir (məsələn, «Aysel M.»). Ətraflı statistikanı yalnız şagirdin özü icazə verdiyi şəxslər görür.
- Valideyn uşağın nəticələrinə yalnız uşağın paylaşdığı kodla baxa bilir; uşaq bunu görür və girişi istədiyi vaxt bağlaya bilir.
- Tətbiqdə reklam yoxdur və məlumatlar reklam məqsədilə heç kimə verilmir.
3. Kimlərlə bölüşürük
Məlumatları satmırıq. Yalnız Xidmətin işləməsi üçün aşağıdakı xidmət təminatçılarına, bizim tapşırığımızla və müqavilə əsasında ötürürük:
- server və verilənlər bazası (bulud hostinqi);
- bildiriş xidmətləri (Apple Push Notification, Firebase Cloud Messaging);
- xəta hesabatları və tətbiqin işini izləmə;
- ödəniş: saytda — lisenziyalı ödəniş təşkilatı; tətbiqdə — Apple (App Store), Google (Google Play) və abunəlik idarəetmə xidməti;
- e-poçt göndərmə xidməti.
Qanunla tələb olunduqda məlumatı səlahiyyətli dövlət orqanlarına verə bilərik.
4. Saxlama müddəti
Məlumatları hesabınız aktiv olduğu müddətdə saxlayırıq. Hesabı siləndə məlumatlarınız 30 gün ərzində silinir. Ödəniş qeydləri vergi və mühasibat qanunvericiliyinin tələb etdiyi müddətdə saxlanılır. Ümumi statistikada (məsələn, «sualın neçə faizi düz həll edib») yalnız şəxsiyyəti müəyyən etməyə imkan verməyən məlumatlar qalır.
5. Hüquqlarınız
Məlumatlarınız haqqında məlumat almaq, onları düzəltmək, surətini almaq, silmək və emala razılığınızı geri götürmək hüququnuz var. Bunun üçün tətbiqdə «Profil → Tənzimləmələr» bölməsindən istifadə edin və ya contact@bilbil.az ünvanına yazın. Müraciətə 30 gün ərzində cavab veririk. Hesabın silinməsi — bu səhifədə.
6. Təhlükəsizlik
Məlumatlar şifrələnmiş əlaqə (HTTPS/TLS) ilə ötürülür, girişlər məhdudlaşdırılır və qeydə alınır, ödəniş kartlarının məlumatları bizdə saxlanmır. Heç bir sistem tam təhlükəsiz deyil — təhlükəsizlik hadisəsi baş verərsə, qanuna uyğun olaraq sizə və səlahiyyətli orqanlara xəbər veririk.
7. Kukilər (cookies)
bilbil.az saytı reklam və izləmə kukiləri istifadə etmir. Gələcəkdə saytda hesaba giriş və ödəniş səhifələri üçün yalnız zəruri kukilər istifadə olunacaq.
8. Dəyişikliklər və əlaqə
Bu siyasəti yeniləyə bilərik; əhəmiyyətli dəyişiklik olanda tətbiqdə və ya e-poçtla xəbər veririk. Suallar üçün: contact@bilbil.az, AZ1009, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Şamil Əzizbəyov küçəsi, ev 168, mənzil 19.